04 iyun 2018 11:37

Bağlanan bankların əmlakları satışa çıxarılır

Əmanətlərin Sığortalanması Fondu Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası vasitəsilə ləğv prosesində olan QSC “Bank Standard” KB, ASC “Texnikabank”, ASC “Zaminbank”, ASC “Royalbank” və ASC “Bank of Azerbaycan” balansında olan daşınar və daşınmaz əmlaklarını 63 lot üzrə satışa çıxarır.

Fonddan FED.az-a verilən məlumata görə, 23 lot üzrə əmlak birinci dəfə hərraca çıxarılır, 16 lot üzrə - ikinci dəfə, 14 lot üzrə - üçünçü dəfə, 10 lot üzrə isə dördüncü dəfə hərraca çıxarılır.

Eləcə də bax: “Torpağın keyfiyyətini biz ölçürük” – MÜSAHİBƏ - QİYMƏTLƏR

Hərraclar 11 iyun, 25 iyun və 2 iyul 2018-ci il tarixlərində keçiriləcək. 

Hərrac açıq formada Azərbaycan Respublikası Xammal və Əmtəə Birjasında, Bakı şəh, İ.Hidayətzadə küç, 156(20A) 1933-cü məh. ünvanında keçiriləcək. Hərraca çıxarılan əmlakların vəziyyəti ilə http://www.birjanews.az/store/mantlrin-sigortalanmasi-fondu?limit=80 saytında tanış olmaq olar.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz