21 iyun 2018 15:18

Yığımları ən çox azalan və artan – SIĞORTA ŞİRKƏTLƏRİ

Sığorta şirkətləri arasında ən pis vəziyyət “Standard İnsurance”dadır. FED.az xəbər verir ki, bu şirkətin sığora yığımları illik 2,27 dəfə düşüb.
 
Maliyyə Bazarlarına Nəzarət Palatasının yanvar-may ayları üzrə açıqladığı göstəricilərə əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə “Standard İnsurance”da yığımlar kəskin azalaraq  6 milyon 832 min manatdan 3 milyon manata düşüb. Yığımları azalan sığorta şirkətləri arasında ilk üçlükdə “GünaySığorta”da illik dinamika 31,25%, “Bakı Sığorta”da 27,38% düşüb. 
 
Sığorta şirkətləri arasında ən böyük artım isə “Amrah Sığorta”da qeydə alınıb. Lakin bu şirkətin portfelinin çox kiçik olduğunu nəzərə alsaq, bir avtomobil sığortasının belə çox böyük artım fərqi yaratdığını demək olar. Dinamika göstərən şirkətlər arasında ilk üçlükdə Dövlət Sığorta Kommersiya Şirkəti (2,9 dəfə) və “Rəvan Sığorta” (2,6 dəfə) da var.



Ən çox artım nümayiş etdirən sığorta şirkətləri, manatla. 

                                                                                                          
Şirkətin adı Sığorta haqları (2017- yanvar-may) Sığorta haqları (2018- yanvar-may) İllik dinamika
 
1 “Amrah Sığorta” 9 289 102 800 11 dəfə
2 Dövlət Sığorta Kommersiya Şirkəti 11 658 000 33 474 000 2,9 dəfə
3 “Rəvan Sığorta” 209 532 536 000 2,6 dəfə
       
 

Ən çox azalma nümayiş etdirən sığorta şirkətləri, manatla. 
 
Şirkətin adı Sığorta haqları (2017- yanvar-may) Sığorta haqları (2018- yanvar-may) İllik dinamika
 
1 “Bakı Sığorta” 579 759 421 000 -27,38%
2 “Günay Sığorta” 4 272 000 2 937 000 -31,25%
3 “Standard Insurance” 6 832 000 3  002 -2,27 dəfə
 

 

 

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz