Dünya birjalarında kənd təsərrüfatı məhsullarının bir qisminin qiymətində azalma var. FED.az xəbər verir ki, birjalarda 1 buşel qarığdalının qiyməti 4 sent (1,11%) azalaraq 356,25 sent və ya 1 kiloqramının qiyməti 13,19 sent olub.
Buğdanın 1 buşelinin qiyməti 8,75 sent (1,70%) azalaraq 506,50 və ya 1 kiloqramının qiyməti 18,75 sent olub.
Pambığın qiymətində isə artım olub. Pambığın 1 funtunun qiyməti 0,14 sent (017%) artaraq 84,59 sent və ya 1 kiloqramının qiyməti 1,86 dollar olub.
Qızılın qiymətində də artım var. Qızılın 1 unsiyası 4 dollar (0,32%) artaraq 1 259 48 dollar olub.