12 iyul 2018 09:50

“Qala Sığorta”nın ödənişləri 10 dəfəyədək artıb       

Azərbaycan sığorta bazarının ən aktiv iştirakçısı olan “Qala Sığorta” 2018-ci ilin yanvar-iyun ayı üzrə əsas maliyyə göstəricilərini açıqlayıb.
Şirkətin İctimaiyyətlə Əlaqələr Xidmətindən verilən məlumata görə, operativ məlumatlar əsasında hazırlanmış hesabata əsasən bu ilin ilk 6 ayında “Qala Sığorta” şirkətinin peşəkar satış komandası tərəfindən 7 434 983 manat həcmində sığorta haqqı toplanılıb ki, bu da 2017-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 2 827 909 manat və ya 61,2% çox olub.
Hesabat dövründə yığımlarla yanaşı ödənişlərdə də kəskin artım müşahidə olunub. Belə ki, 2018-cilin ötən 6 ayı ərzində şirkət tərəfindən müxtəlif sığorta hadisələri üzrə 687 478 manat sığorta ödənişi verilib. Ötən ilin müvafiq dövründə isə bu göstərici 70 975 manat olub. İllik müqayisədə sığorta ödənişlərinin həcmi 616 503 manat və ya təxminən 9,7 dəfə artım olub.
Qeyd edək ki, verilən sığorta ödənişləri müvafiq qanunvericiliyin tələbinə uyğun olaraq operativ və vaxtında həyata keçirilib. Ümumiyyətlə, göstərilən xidmətlərdə şirkətin biznes strategiyasına əsaslanan müştəri məmnuniyyəti meyarı hər zaman yüksək dəyərləndirilərək pririotet hədəflər sırasında yer alır.    
Xatırladaq ki, “Qala Sığorta” şirkəti 30 sentyabr 2015-ci il tarixindən fəaliyyət göstərir. Şirkətin yeganə səhmdarı “AzRe Təkrarsığorta” ASC-dir.
Şirkət müştərilərinə baş ofis və 8 regional nümayəndəlik vasitəsi ilə qanunvericiliklə nəzərdə tutulan qeyri-həyat sığorta sahəsinin 23 növü üzrə, o cümlədən 19 könüllü və 4 icbari sığorta məhsulları üzrə xidmətlər göstərir.

 

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin