13 iyul 2018 10:48

Sığorta bazarının vəziyyəti məlum oldu – RƏQƏMLƏR

2018-ci ilin yanvar-iyun ayları ərzində ölkədə fəaliyyət göstərən 21 sığorta şirkəti tərəfindən 396,37 mln. manat məbləğində sığorta haqları toplanıb, 119,3 mln. manat məbləğində sığorta ödənişi həyata keçirilib. FED.az xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatası MƏlumat yayıb.

Bu dövrdə könüllü sığorta bazarı üzrə haqlar 286,84 mln. manat, ödənişlər isə 87,11 mln. manat təşkil edib. İcbari sığorta bazarı üzrə haqlar 109,53 mln. manat, ödənişlər isə 32,19 mln. manat olub.

2018-ci ilin yanvar-iyun ayları ərzində sektor üzrə məcmu sığorta haqlarının 72%-i  könüllü, 28%-i  isə  icbari  sığorta  növlərinin  payına  düşüb. Sığorta  ödənişlərinin 73%-i könüllü, 27%-i isə icbari sığorta növləri hesabına formalaşıb.

2018-ci ilin yanvar-may ayları ərzində sığorta şirkətləri və sinifləri üzrə hesablanmış sığorta haqları və ödənişlərə dair ətraflı məlumatlar sığorta bazarının icmal göstəricilərində öz əksini tapıb.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin