Müasir və sürətlə inkişaf edən cəmiyyətdə biz öz vaxtımızdan maksimum səmərəli istifadə etməyə çalışırıq. Şübhəsizdir ki, bunda bizə texniki və texnoloji inkişaf yardımçı olur.
Mobil şəbəkənin inkişafı bütün ölkələrdə böyük auditoriyaları cəlb etməklə mobil operator xidmətlərinin geniş yayılmasına səbəb olmuş və POS-terminalların, bankomatların (ATM) və ödəniş terminalların hətta ölkənin ucqar yerlərində belə inkişaf etdirilməsinə və yayılmasına səbəb olmuşdur: həmin terminalllar və bankomatların internetdən istifadəsi məhz mobil operatorların xidmətləri nəticəsində mümkün olur.
POS-terminal (İng. Point Of Sale (satış nöqtəsi) ödəniş kartlarının maqnit zolağının, çipin oxunması və ya kontaktsız odəniş vasitəsilə qəbulu üçün hazırlanmış elektron proqram-texniki cihazdır.
Mobil rabitənin genişləndirilməsi ilə yanaşı mobil telefon istehsalçıları (əvvəllər onları cib telefonu adlandırardılar) öz cihazlarını dayanmadan təkmilləşdirirdilər. Müasir smartfonun konsepsiyasının əsasını qoymuş Apple şirkətinin 2007-ci ildə yaratdığı iPhone smartfonunu mobil telefon sahəsində inqilab hesab etmək olar. Bu gün az sayda adam İPhone telefonunun istehsalından da əvvəl smartfonların mövcud olmasını xatırlaya bilər.
|