16 iyul 2018 15:13

2 milyon 700 minə biznes satılır

Azərbaycanda balıq biznesi satılır. Təklif  M.Ş.MMC-dən dir. FED.az.az elanı diqqətinizə çatdırır. 

"Balıq və balıq məhsullarının istehsalı”müəssisəsi satışa çıxarıldı.Müəssisənin 40 sot torpaq sahəsi, Almaniya istehsalı olan vakkuum qablaşdırma və preserv avadanlıqları,qablaşdırma xətti,100tonluq iri soyuducu konteynerləri vardır.İstehsal gücü illik 500 tondur.Müəssisənin əlavə olaraq "Təchizat","İstehsal" və "Satış"üzrə gələcək 7 illik maliyyə modeli də var. 
Müəssisənin həmçinin "Dalğa","Balıqçı","Yelkən"adlı tanınmış 3 brendi də var.Məhsullar qabaqcıl mağazalar şəbəkəsində mövcuddur(Bravo,Bazarstore,Rahat,Neptun,Armo,Ailə,Bigstore,Sərfəli və s.) 
"Dalğa"-ilk milli balıq brendidir. Keyfiyyəti ilə hər zaman öndədir. 
Brendlərin müəlliflik hüququ və sertifikatı vardır. 
Digər müəssisələrdən əsas fərqlər: 
1.İlk milli tanınmış brendlər 
2.İxrac üçün üstünlüklər 
3.Uzunmüddətli fəaliyyət 
4.Məhsullara xas fərqli dadın davamlı qorunması və keyfiyyətli xammal alışı 
5.Fərqli istehsal və qablaşma 
6.Gündən-günə artan bazar payı 
7.Tanınmış mağaza və mağazalar şəbəkəsində məhsulların yerləşdirilməsi 
8.Operativ və çevik istehsal komandası 
9.Təchizat və satış üzrə böyük təcrübə,müştəri məmnuniyyətinin qorunması 
10.Yeni məhsullar üzərində işlərin davamlı aparılması 
Real iş adamları ilə işgüzar görüş təyin olunub detallarını müzakirə etmək olar. 

 

Məlumat üçün bildirək ki, biznes 2 milyon 700 minə satılır. 

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz