16 iyul 2018 16:44

Eldar Əzizov Bakı meriyasına gətirildi - YENİ TƏYİNAT

Səbail rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizova yeni vəzifə verilib.

FED.az xəbər verir ki, o Bakı şəhər İcra Hakimiyyəti başçısının birinci müavini təyin olunub. Hazırda BŞİH-nin başçısı postu boş olduğu üçün E. Əzizov həm də şəhər meri səlahiyyətini icra edəcək.

«İndi də plana düşən evlər bahalaşır» - YENİ QAZANC ÜSULU

Qeyd edək ki, E. Əzizov bundan əvvəl Gəncə, Sumqayıt şəhərlərinin icra başçısı vəzifəsində çalışıb.
Bakı şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Hacıbala Abutalıbov isə baş nazirin müavini təyin olunduğu üçün bir neçə aydır şəhər rəhbəri vəzifəsi boş qalıb.

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin