13 avqust 2018 09:00

Azərbaycanda dollar alışına daha bir məhdudiyyət başladı

Manat kartları ilə dollar almaq bahalaşdırılır 

 

Azərbaycanın əsas ticarət tərəfdaşları olan Rusiya və Türkiyənin milli valyutalarının ucuzlamasının təsiri ilə Azərbaycan Manatı üzərində spekulyativ təzyiq yaranıb.


FED.az xəbər verir ki, ABŞ və Türkiyə arasında əlaqələrin pisləşməsindən sonra 7 Türk lirəsini keçən Dollar bu gün də 10% bahalaşaraq 7.22 lirəyə yaxınlaşıb.

 

Ötən şənbə Moskva birjasında Rusiya Rublu daha 1,1% ucuzlaşaraq 67,72 səviyyəsinə qalxıb. Banklarda Dollar 68 rubldan baha satılır.

 

Rəsmi məzənnə dəyişməsə də, ötən həftə Azərbaycanda banklarda Dolların cüzi də olsa bahalaşması müşahidə olunurdu.

Dollar satışında heç bir limit yoxdur – PALATADAN AÇIQLAMA

 

Ötən şənbə günü bir neçə bank kartlar üzərindən mübadilə üzrə komisiyalarını dəyişiblər. Buna səbəb kartlar vasitəsilə Dolların alınmasının artmasıdır. "AZN olan kartlar ilə USD valyutada nağdlaşdırma, "AZN olan kartlar ilə USD valyutada ödəniş və köçürmə" tarifləri artırılıb. Əvvəllər 0% olan tarif 0,15%-ə qaldırılıb. 

 

Qeyd edək ki, ötən həftə bir sıra banklar nağd Dollar alışına da limit tətbiq edib.

Eləcə də bax: Banklar dolları limitlə satır - AÇIQLAMA

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz