13 avqust 2018 11:08

"AccessBank" "Endirimdə ÇEMPİON" kredit kampaniyasına start verir

Planlarınızın reallaşdırılması və ya biznesinizin genişləndirilməsi üçün sərfəli kredit axtarmaqdan yorulmusunuz? İstəyirsiniz ki, kreditinizin faizi getdikcə azalsın? O zaman axtarışlarınızı dayandırın və AccessBank-ın filiallarına yaxınlaşın! Burada sizi "Endirimdə ÇEMPİON" krediti gözləyir.

AccessBank avqustun 13-dən etibarən "Endirimdə ÇEMPİON" kredit kampaniyasına start verir. Mikro və nağd pul kreditlərini əhatə edən kampaniya 30 sentyabradək davam edəcək. Kampaniya çərçivəsində 50 min manatadək mikro və 30 min manatadək nağd pul krediti götürən şəxslər nə az, nə çox - düz 10%-dək ENDİRİMdən yararlana bilərlər. Belə ki, kredit üzrə illik faiz dərəcəsi kreditin verilmə anından etibarən və hər 12 aydan bir 2% azalır.

Nağdı qoyub, nisyənin ardınca qaçmayın! "Endirimdə ÇEMPİON" kampaniyasından yararlanaraq siz də öz sahənizin çempionu olun.

Kredit sifariş etmək üçün bu keçiddən istifadə edin.

Daha ətraflı məlumatı bankın saytından, Facebook və Twitter səhifələrindən, eləcə də 151 Əlaqə Mərkəzindən əldə edə bilərsiniz.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz