20 sentyabr 2018 23:28

Azərbaycanın maliyyə sektoruna investisiyalar artıb 

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda maliyyə və sığorta fəaliyyətinə investisiya qoyuluşu illik müqayisədə 2,7 dəfə artaraq 7,2 milyon manata çatıb. Bu, ümumi vəsaitlərin 0,1%-ni təşkil edib. 

FED.az-ın  Dövlət Statistika Komitəsinin hesabatına istinadən məlumatına görə,  bu ilin 8 ayında  əsas kapitala yönəldilən ümumi vəsaitin böyük hissəsi  - 54,9%-i sənayeyə yönəldilib. 

Rəsmi statistikaya əsasən, 2018-ci ilin yanvar-avqust aylarında əsas kapitala yönəldilən vəsaitlərin qalan hissəsi isə belə bölünüb:

19,6% -  tikinti,

13,4%-  nəqliyyat və anbar təsərrüfatı,

1,5% - səhiyyə,

1,3% - təhsil,

0,5% - inzibati və yardımçı xidmətlərin göstərilməsi,

0,5% - istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət,

0,4% -  ticarət, nəqliyyat vasitələrinin təmiri,

0,2% - turistlərin yerləşdirilməsi və ictimai iaşə,

0,1%- maliyyə və sığorta,

0,1% - digər sahələrdə xidmətlərin göstərilməsi. 

 

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz