Bakıda sentyabrın 20-də keçirilən 7-ci Beynəlxalq «Caspian Energy Forum Baku-2018» forumunda bir sıra şirkətlər əməkdaşlıq haqqında razılıq əldə ediblər.
FED.az xəbər verir ki, bu barədə forumun təşkilatçılarından olan «Caspian European Club»da7 bildirilib. Caspian European Club baş icraçı direktoru Telman Əliyev bildirib ki, tədbirdə energetika naziri Pərviz Şahbazov, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli, Səhiyyə nazirinin müavini Elsevər Ağayev, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev, Dövlət Gömrük Komitəsinin sədr müavini İqbal Babayev, Maliyyə Bazarlarına Nəzarət Palatasının icraçı direktoru İbrahim Alışov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədr müavini Cəmil Məlikov, Miqrasiya Xidmətinin rəis müavini Pərviz Musayev iştirak edib.
“Caspian Energy Forum Baku-2018 çərçivəsində Caspian European Club və Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb. 8 şirkət öz arasında əməkdaşlıqla bağlı razılıq əldə edib, 5 şirkət onların maraqlarını Aİ ölkələrində təmsil edəcək partnyor, 3 şirkət məhsullarını Azərbaycana çatdıracaq distrübütor tapıb və 2 şirkət birgə istehsal haqqında razılığa gəlib”, - deyə Telman Əliyev qeyd edib.
Forum çərçivəsində həmçinin Beynəlxalq Caspian Energy Award mükafatının Azərbaycan iqtisadiyyatının inkişafına töhfə vermiş şirkətlərə təqdimetmə mərasimi keçirilib.
Caspian Energy Award - 2018 mükafatının nominasiyalar üzrə qalibləri:
· Forumun sponsoru – ZIRAATBANK AZERBAYCAN – “İLİN KORPORATİV BANKI”
· Forumun partnyoru - “Azneft” İB – “İLİN NEFT-QAZ ÇIXARMA BİRLİYİ”
· Forumun partnyoru – Azpetrol Ltd – “İLİN YANACAQDOLDURMA MƏNTƏQƏLƏRİ ŞƏBƏKƏSİ”
· Forumun partnyoru - FREGAT LLC - “DƏNİZ NƏQLİYYATI XİDMƏTİ SAHƏSİNDƏ İLİN ŞİRKƏTİ”
· Forumun partnyoru - RİSK Company – “İNNOVATİV PROQRAM TƏMİNATI İSTEHSALI VƏ İXRACI ÜZRƏ İLİN ŞİRKƏTİ”
· Forumun partnyoru - Atena Group CJSC - “SÜD MƏHSULLARININ İSTEHSALINDA İNNOVASİYA TEXNOLOGİYALARININ TƏTBİQİNƏ GÖRƏ”
Forumun sponsoru Ziraat Bank Azerbaijan, Avropa partnyoru - Brücke GmbH və partnyorları SOCAR FUGRO, “Yeni texnologiyalar” QSC, ABB, SOCAR-ın “AZNEFT” İstehsalat Birliyi, Azpetrol Ltd, “KPMG AZERBAIJAN LIMITED”in Azərbaycan Respublikasındakı Nümayəndəliyi, Hellmann Worlwide Logistics, FREGAT LLC, NARIMANFILM, RİSK COMPANY, Nabucco A&C, Atena Group CJSC-dir.
Bakıdakı Forumda 8 şirkət razılaşıb - SİYAHI
09:33
22 Sen 2018