22 sentyabr 2018 12:49

"AccessBank"dan "PaşaBank"a - TRANSFER

"AccessBank"ın Rəqəmsal Bankçılıq üzrə İcraçı Direktoru Səbinə Qurbanova "PAŞA Bank"ın "Digital Lab" strukturunda Məhsullar istiqamətinin rəhbəri təyin olunub. 
Qeyd edək ki, Səbinə Qurbanova "AccessBank"da öz fəaliyyətini 2005-ci ilin noyabr ayında Mikrokreditləşmə üzrə kiçik mütəxəssis vəzifəsində başlayıb. 2006-cı ilin may ayından Müştəri Xidmətləri Şöbəsinə keçərək burada Baş mütəxəssis vəzifəsinədək yüksəlib. 2009-cu ilin may ayından İnkişaf və Metodologiya Departamentinin rəhbəri, 2013-cü ilin yanvar ayından isə Bankçılıq Xidmətlərinin rəhbəri vəzifəsində çalışıb. Səbinə Qurbanova 2017-ci ilin may ayında Rəqəmsal Bankçılıq üzrə İcraçı Direktor vəzifəsinə təyin olunub.

 S.Qurbanova 2017-ci ilin may ayında Rəqəmsal Bankçılıq və Distant Xidmətlər üzrə İcraçı Direktor vəzifəsinə təyin olunub. Bu vəzifədə rəqəmsal bankçılıq, ödəniş kartları, əmanət biznesinin inkişafı və müştərilərlə əlaqə mərkəzinin işinin təşkili onun səlahiyyətlərinə daxil olan istiqamətlərdir.

Səbinə Qurbanova Azərbaycan Respublikasinin Prezidenti Yanında Dövlət Idarəçilik Akademiyasında “İnzibati İdarəetmə” ixtisası üzrə bakalavr təhsili almış, Azərbaycan Dövlət İqtisad Universitetində “İqtisadiyyatın hüquqi tənzimlənməsi” ixtisası üzrə magistr dərəcəsi alıb.


 

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz