Nazirlər Kabineti Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında qərar qəbul edib.
FED.az xəbər verir ki, bu barədə qərarı Baş nazir Novruz Məmmədovimzalayıb.
Qərarla həmçinin Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin nizamnaməsi və strukturu təsdiq edilib.
Mərkəzin nizamnaməsinin və strukturunun təsdiq edilməsi, icra orqanının yaradılması, onun səlahiyyətlərinin müəyyənləşdirilməsi, nizamnamə fondunun miqdarının müəyyən edilməsi, Mərkəzin yenidən təşkili və ləğv edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə həvalə edilib.
Mərkəzin inkişaf istiqamətlərinin müəyyən edilməsi, illik maliyyə hesabatlarının təsdiq edilməsi, icra orqanının səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi, işçilərin say həddinin müəyyən edilməsi, təsərrüfat cəmiyyətlərinin yaradılmasına və ya onlarda iştirak etməyə, idarə, filial və nümayəndəliklərin yaradılmasına razılıq verilməsi, xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri publik hüquqi şəxsin aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanılmasına razılıq verilməsi Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə tapşırılıb.
Bildirilir ki, Agentliyin balansında olan əmlakdan Mərkəzin fəaliyyətini təmin etmək üçün müvafiq əmlak ayırsın və həmin əmlakı bir ay müddətində Mərkəzin balansına versin.