20 oktyabr 2018 08:23

Səudiyyə Qaşıqçının öldürüldüyünü boynuna aldı - RƏSMİ ETİRAF

Səudiyyə Ərəbistanı hökuməti yerli jurnalist Camal Qaşıqçının Krallığın İstanbuldakı Baş konsulluğunda münaqişə nəticəsində öldüyünü təsdiq edib.

FED.az xəbər verir ki,  bu barədə ölkənin baş prokurorunun dövlət televiziyası ilə yayımlanan bəyanatına istinadən "Reuters" məlumat yayıb.

Həmçinin bildirilir ki, Qaşıqçının qətlə yetirilməsi ilə bağlı iş bağlı Səudiyyə Ərəbistanının 18 təbəəsi saxlanılıb.

Xatırladaq ki, qətllə bağlı ilkin məlumatlarda jurnalist Camal Qaşıqçının konsulluğa çağırılaraq öldürüldüyü, sonra isə meyidinin parça-parça edilərək gəzlədildiyi açıqlanmışdı. Səudiyyə Prokuroru jurnalistin ölümünün münaqişə nəticəsində baş verdiyini sübut etməyə çalışsa da, mədum olub ki, qətlə yetirilən jurnalistin meyidi hələ də tapılmayıb.

Bunu «Reuters»ə istintaqın gedişi ilə tanış olan mənbə bildirib. Agentliyin məlumatına görə, konsulluğun sürücüsü jurnalistin meyitinin "yerli əməkdaş"a təhvil verilməsi prosesində iştirak edib.

Yayılan məlumatlardan aydın olur ki, «Reuters»ə məlumat məqsədli şəkildə, Səudiyyənin yüksək rəsmilərinin ölümlə əlaqəli olmadığını sübut etmək üçün ötürülüb. Belə ki, agentliyin həmsöhbəti bildirib ki, Səudiyyə Ərəbistanı hakimiyyəti mərhum jurnalistin qətlə yetirilməsi və ya oğurlanması barədə göstəriş verməyib. Mənbə deyir ki, Qaşıqçı ilə bağlı ilkin təlimatlar yanlış izah edilib, əlavə tapşırıqlar isə "daha çox qeyri-müəyyən olub" ki, bu da sonda onun ölümünə və cinayətin gizlədilməsinə gətirib çıxarıb.

Mənbənin məlumatına görə, Krallıqda rejim tənqidçilərinin Səudiyyə Ərəbistanına gətirilməsi ilə bağlı təlimat var, lakin vəliəhd şahzadə Məhəmməd ibn Salman "bu konkret əməliyyatdan xəbərsiz olub".

Deyilənləri sübut etmək üçün Səudiyyə Ərəbistanında 18 nəfər vəzifəli şəxs həbs edilib. Səudiyyə Ərəbistanı kralı Salman ibn Əbdül Əziz əs-Səud ölkənin Ümumi Kəşfiyyat Xidməti rəhbərinin müavini general Əhməd Əsirini vəzifəsindən azad edib.

Səudiyyə xəbər agentliyinin məlumatlarına görə, kralın müşaviri Səud ibn Abdulla əl-Kaxtani də vəzifəsindən kənarlaşdırılıb.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz