20 oktyabr 2018 11:02

“Şahdağ Turizm Mərkəzi” yaşıllaşdırma xidməti satın alır – TENDER

FED.az xəbər verir ki, Dövlət Turizm Agentliyinin “Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyəti AÇIQ TENDER ELAN EDİR

Tender 1 lot üzrə keçirilir.

Lot-1. Yaşıllaşdırma xidmətinin ­satınalınması.

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üçün aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Ceyhun Hacıbəyli küçəsi döngə 2, 2b (əlaqələndirici şəxs: Dəniz Məcidlidən, telefon: (012) 4650945) və ya (+99 412) 310 11 10, daxili nömrə 7101) nömrəli ünvandan ala bilərlər .
İştirak haqqı 300 manatdır.
H/h: AZ53AİİB 33010019444805754148
VÖEN: 4700664781
Bank: “Kapital Bank” ASC-nin Qusar rayon filialı
Kod: 200480
VÖEN: 9900003611
M/h: AZ37NABZ 01350100000000001944
S.W.İ.F.T: AIIBAZ2X
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 %-i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizanaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- iddiaçının maddi-texniki bazası.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir). 
Tender proseduru “Dövlət satınalmaları haqqında” qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 23 noyabr 2018-ci il saat 16.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərflərdə 3 dekabr 2018-ci il saat 16.00-a qədər Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti 26 nömrəli ünvana təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 4 dekabr 2018-ci il saat 16.00-da Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti 26 nömrəli ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
 

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz