13 noyabr 2018 09:57

Sığorta şirkətləri «xəbərçilik» edəcəklər – YENİ TƏLƏB

Azərbaycanca sığorta şirkətlərini üzərinə yeni vəzifə qoyulur. FED.az xəbər verir ki, bu, Vergilər Məcəlləsinə gözlənilən dəyişikliklərdə nəzərdə tutulub.

Yeniliyə əsasən, sığorta fəaliyyəti ilə məşğul olan şirkətlərin üzərinə yeni vəzifə qoyulur. Belə ki, sığortaçılar hüquqi şəxslərə məxsus siğortalanan əmlak barədə hər rüb məlumat verməlidirlər.


Eləcə də bax:“Qala Həyat”ın icbari və könüllü sığorta növündə artım- YIĞIMLAR ARTIR 
 

Belə ki, Məcəlləyə aşağıdakı məzmunda 16.6-cı maddə əlavə edilir:

Eləcə də bax: Zəlzələdən uçan obyektə görə - 56 MİN MANAT ÖDƏNİLDİ

«16.6. Sığortaçılar və təkrarsığortaçılar tərəfindən

hüquqi şəxslərə, onların filial və nümayəndəliklərinə məxsus sığortalanmış (təkrarsığortalanmış) əsas vəsaitlər barədə məlumat rüb bitdikdən sonra növbəti ayın 20-dək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş formada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilir».


Eləcə də bax: Sığorta agentləri üçün pis xəbər – VERGİLƏRİ ARTACAQ

Bu yenilik, hüquqi şəxslərə məxsus əmlakların vergiyə cəlb olunması məqsədilə edilib.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz