14 noyabr 2018 09:30

Həyatını sığorta edənlərə pis xəbər – FAİZLƏR DƏYİŞİR

Azərbaycanda həyatın sığortasında dəyişiklik gözlənilir. FED.az xəbər verir ki, Vergi Məcəlləsinə ediləcək dəyişikliklərə əsasən, bundan sonra həyatın yığım sığortası üzrə gəlirlilik 2 dəfə azalacaq.

Məcəllənin 116.2 maddəsinə təklif edilən dəyişiklikdə həyatın yığım sığortası üzrə sığorta haqqınının yalnız 50%-inin gəlirdən çıxılması nəzərdə tutulur.

Eləcə də bax: Azərbaycanda kassa çekinə görə - FANTASTİK CƏRİMƏLƏR GƏLİR

Nəticədə 116.2-ci maddənin mətni aşağıdakı kimi olacaq:

116.2. Fiziki şəxsin Azərbaycan Respublikası sığortaçıları ilə 3 ildən az olmayan müddətə bağlanmış və sığorta ödənişinin sığorta müqaviləsinin qüvvəyə mindiyi andan etibarən 3 illik müddət keçdikdən sonra verilməsini nəzərdə tutan həyatın yığım sığortası və pensiya sığortası üzrə bağladığı sığorta müqavilələri əsasında vergiyə cəlb olunan gəlirlərinin 50 faizindən çox olmayan hissəsindən hesablayıb ödədiyi sığorta haqları vergitutma məqsədləri üçün işəgötürən tərəfindən həmin fiziki şəxsin muzdlu işlə əlaqədar alınan gəlirindən çıxılır.

Bunu sadə misalla izah edək. Tutaq ki, vətəndaş həyatının yığım sığortası üzrə 3 il ərzində (belə müqavilələr azı 3 il olmalıdır) sığorta şirkətinə ayda 100 manat olmaqla ümumilikdə 3600 manat ödəyir.

İndiki qaydalara görə, onun sonda qazancı 5400 manat olacaqdı (sığorta ödənişinin vergi və sosial sığorta haqlarından azad olması sayəsində). Yəni vətəndaşın təmiz gəliri 1800 mnat idi. İndi isə bu məbləğ 2 dəfə azalacaq. 

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz