17 noyabr 2018 11:19

Nazirlik "Land Crusier" ala bilmədi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 oktyabr 2018-ci il tarixində elan olunan tenderi baş tutmayıb.

FED.az TENDER xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Təhlükəli Tullantılar” MMC tərəfindən elan edilmiş tender baş tutmayıb.

Tender lot.1- Toyota Land Crusier 200 markalı avtomobilin satınalınması üzrə olub.

Tenderin baş tutmamasının səbəbi isə “Dövlət satınalmaları  haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə uyğun olaraq iştirakçıların sayı üçdən az olduğuna görə  baş tutmayıb.

 

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz