Abşeron iqtisadi rayonu

BOKT-lar haqqında qanun iş adamlarına - NECƏ TƏSİR EDƏCƏK? - MÜZAKİRƏ

BOKT-lar haqqında qanun iş adamlarına - NECƏ TƏSİR EDƏCƏK? - MÜZAKİRƏ | FED.az
18:54 4 Sen 2019

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) və Azərbaycan Banklar Assosiasiyası (ABA) arasında imzalanmış niyyət protokoluna əsasən yaradılmış konsultativ platforma çərçivəsində növbəti müzakirələr keçirilib.

KOBİA-dan FED.az-a bildirilib ki, bu məqsədlə təşkil olunmuş görüşdə Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklərin edilməsi barədə layihə müzakirə edilib.

KOBİA-nın təşəbbüsü ilə təşkil olunmuş görüşdə Maliyyə Bazarlarına Nəzarət Palatası, Azərbaycan Mikromaliyyə Assosiasiyası, Azərbaycan Banklar Assosiasiyası və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələri iştirak ediblər.

Görüşdə ölkəmizin maliyyə bazarında mikro kreditləşmə üzrə mövcud vəziyyət və təklif olunan dəyişikliklərin kiçik və orta biznes subyektlərinə təsiri müzakirə edilib, habelə Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən layihəyə dair hazırlanmış təkliflər üzrə fikir mübadiləsi aparılıb.

Digər xəbərlər