Banner

Abşeron iqtisadi rayonu

Netin qiyməti 70-75 dollara yüksələcək - HÖKUMƏTƏ YAXŞI XƏBƏR

Netin qiyməti 70-75 dollara yüksələcək - HÖKUMƏTƏ YAXŞI XƏBƏR | FED.az
10:31 7 Mart 2021

OPEC və kartelə daxil olmayan bəzi neft istehsalçısı ölkələrindən ibarət “OPEC+” qrupunun mövcud hasilat məhdudiyyətlərinin daha bir ay uzadılması ilə bağlı qəbul etdiyi qərar fonunda neft qiymətlərinin aprel ayında 70-75 dollar/barrelə yüksələcəyi gözlənilir.

Neft iki gündə 10%-ə yaxın bahalaşıb – SON QİYMƏT

FED.az xəbər verir ki, bu proqnozla mərkəzi ofisi Şotlandiyada yerləşən “Wood Mackenzie” tədqiqat və konsaltinq şirkəti çıxış edib. Şirkətə görə, qlobal xam neft ehtiyatları apreldən etibarən azalacaq. Cari ildə qlobal neft tələbatı keçən ilə nisbətən gündəlik 6 milyon 300 min barrel artacaq.

SOCAR Pakistan şirkətlərinə kreditlə - BENZİN VƏ LNG TƏKLİF EDİB

“Wood Mackenzie” Rusiya və Qazaxıstanın neft hasilatındakı artımlar nəzərə alınmadığı təqdirdə “OPEC+”un aprel ayında istehsalı artırmamasının yaz mövsümünün yaxınlaşması ilə ehtiyatların sutkalıq 1 milyon barreldən çox azalmasına səbəb olacağını gözləyir.

Norveçin trilyon dollarlıq fondu SOCAR-ın şirkətinə – SƏRMAYƏ YATIRIB

“OPEC+”un qərarından sonra neft ehtiyatlarında gözlənilən azalma isə tələb-təklif tarazlığını təmin edəcək. Nəticədə neft qiymətlərinin aprel ayında 70-75 dollar/barrelədək yüksələcəyi proqnozlaşdırılır.

Banner
Banner

Digər xəbərlər