Abşeron iqtisadi rayonu

«TikTok» üçün daha bir müştəri - «Twitter» də almaq istəyir

«TikTok» üçün daha bir müştəri - «Twitter» də almaq istəyir | FED.az
10:52 9 Avq 2020

Çinin son vaxtlar sürətlə populyarlaşan «TikTok» sosial şəbəkəsini almaq istəyən şirkətlərin sayı artıb.

FED.az xəbər verir ki, ABŞ-ın «Twitter» sosial şəbəkəsi öz servisini «TikTok»la birləşdirmək üçün danışıqlara başlayıb. Xatırladaq ki, «TikTok»un sahibi Çinin «ByteDance» şirkətidir.

«Wall-street journal» yazır ki, «Twitter» şirkəti «TikTok»un yalnız Amerika seqmenti ilə maraqlanır. Satış qiyməti on milyardlarla dollar ola bilər. Amma bu alqı-satqının mümkün olub-olmaması barədə sual yaradır. Məsələ bundadır ki, «Twitter»in özünün bazar qiyməti cəmi 29  milyard dollardır. «TikTok»u almaq istəyən digər şirkət – «Microsoft»un isə bazar kapitalizasiyası 1,6 trilyon dollardır.

Hələlik məlum deyil ki, «Twitter» danışıqları sona çatdıra biləcək, ya yox. Qəzet hesab edir ki, «TikTok»u almaq üçün «Twitter»in güclü tərəfdaşları olmalıdır.

Qeyd edək ki, «TikTok»un ABŞ şirkətlərinə satışı ilə bağlı danışıqlar ABŞ hökumətinin «TikTok»a güclü təzyiqi altında aparılır.

İki gün əvvəl ABŞ prezidenti guya ölkə təhlükəsizliyinə təhlükə yaratdığı üçün «TikTok»u və Çinin digər şəbəkəsini - «WeChat»ı qadağan edən qanun imzalayıb. ABŞ hökuməti hesab edir ki, Çin şirkəti ABŞ-da təbliğatla məşğul olur və istifadəçilərin məlumatlarını Çin xüsusi xidmətlərinə ötürür.

Qanuna görə, artıq sentyabrın sonunda bu şəbəkələr ABŞ-da qadağan olunacaq.

Bu isə şəbəkənin böyük və varlı bir bazarı itirməsi deməkdir. Tik-tok yalnız bir halda ABŞ-da işləyə bilər ki, onun sahibi amerikan şirkəti olsun. Ona görə də ABŞ şirkətləri «Tik-tok»un bu vəziyyətindən istifadə edərək onu ucuz qiymətə almaq istəyirlər. Belə ki, bir qədər əvvəl şəbəkənin təqribən 50 milyard dollar qiyməti olduğu açıqlansa da, «Microsoft» şəbəkəyə 30 milyard dollar ödəyəcəyini açıqlayıb.

ABŞ prezidenti Tramp da xəbərdarlıq edib ki. «Microsoft» və ya başqa ABŞ şirkaəti «TikTok»un alqı-satqısını 15 sentyabradək tamamlamalıdır.

Digər xəbərlər

Banner