Banner

Abşeron iqtisadi rayonu

Ünvanlı sosial yardım alan ailələrin sayı - 82 MİNƏ ÇATIB

Ünvanlı sosial yardım alan ailələrin sayı - 82 MİNƏ ÇATIB | FED.az
13:15 26 Aprel 2020

Azərbaycanda ünvanlı sosial yardımı alan ailələrin sayı aprelin 1-dən indiyədək 12 min artaraq 82 min ailəyə çatıb. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən FED.az-a verilən məlumata görə, ünvanlı yardım alan ailə üzvlərinin sayı bu ay 50 min nəfər artıb və hazırda 340 min nəfərdir. Sosial yardımın hər ailəyə düşən orta aylıq məbləği də artmaqda davam edərək 222 manata çatıb. 

Onu da bildirək ki, xüsusi karantin rejimi müddətində ünvanlı dövlət sosial yardımının təyin olunma müddəti bitən aztəminatlı ailələrə də dəstək göstərilib. Onlara bu yardımın verilməsi müddəti karantin rejimi başa çatdığı tarixdən sonrakı ayın 1-dək uzadılıb. 

Digər xəbərlər

Banner