Aqrar

Bu rayonda yetişdirilən çiyələk xarici bazarlara - İxrac Edilir

Bu rayonda yetişdirilən çiyələk xarici bazarlara - İxrac Edilir | FED.az
13:11 7 May 2021

Builki yaz mövsümündə havaların nisbətən soyuq keçməsi ölkəmizin cənub bölgəsində çiyələk yığımını gecikdirsə də, məhsuldarlığa mənfi təsir etməyib.

Eləcə də bax: Qiyməti 1-2 manat azalsa da - SATIŞI MİLYONLAR GƏTİRİR

FED.az xəbər verir ki, bir neçə gündür Lənkəran rayonunda istixana şəraitində yetişdirilən çiyələyin yığımına başlanılıb. Yetişdirilən məhsul yerli bazarlarla yanaşı, xarici bazarlara da ixrac edilir.

Lənkəran rayonunun Vilvan kənd sakini, fermer İsgəndər Şərifov dörd ildir ki, təsərrüfatında çiyələk yetişdirir. Fermer bu il çiyələk əkini sahəsini artıraraq 36 hektara çatdırıb. Təsərrüfatda həm istixana şəraitində, həm də açıq havada 6 növ çiyələk əkilib.

Onun sözlərinə görə, çiyələk məhsuluna daxili bazarla yanaşı, xarici bazarlarda da tələbat çoxdur. Artıq 8 ton çiyələk məhsulu Qazaxıstana göndərilib.

Fermer təsərrüfatında kütləvi yığım başladıqdan sonra şirkətlərlə bağlanmış müqavilələr əsasında Rusiya bazarlarına da məhsul göndəriləcək.

Fermerlərin və məhsul istehsalçılarının yetişdirdikləri məhsulu saxlamaq üçün Lənkəranda ümumi tutumu 300 ton olan soyuducu anbar da inşa edilib. Bu, məhsul istehsalçılarına yetişdirdikləri məhsulun keyfiyyətinə xələl gəlmədən xarici bazarlara çıxarmağa imkan yaradır.

Lənkəranda çiyələk yığımı sentyabrın sonunadək davam edəcək. (Azərtac)

Banner
Banner

Digər xəbərlər