Aqrar

Azərbaycan gübrə idxalını - Azaldıb

Azərbaycan gübrə idxalını - Azaldıb | FED.az
14:29 17 İyun 2021

Bu ilin yanvar-may ayları ərzində Azərbaycana 24 367,66 min ABŞ dolları dəyərində 89 878,45 ton gübrə idxal olunub.

FED.az xəbər verir ki,  Dövlət Gömrük Komitəsinin hesabatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində təxminən 43,6%, həcm ifadəsində isə 40,3% azdır.

Aprel ayı ilə müqayisədə isə bu ilin mayında sözügedən məhsulların ölkəyə idxalı dəyər ifadəsində 2,9% azalıb, həcm ifadəsində isə 5,8% artıb.

Qeyd edək ki, bu ilin ilk beş ayında gübrə idxalının ümumi idxalda payı 0,55% təşkil edib ki, bu da ötən ilin eyni göstəricisindən 0,49 faiz bəndi azdır. (Apa)

Banner
Banner

Digər xəbərlər