Aqrar

Azərbaycan Rusiyaya hallabong meyvəsi - SATIR – KOREYADAN GƏTİRİLİR

Azərbaycan Rusiyaya hallabong meyvəsi - SATIR – KOREYADAN GƏTİRİLİR | FED.az
11:20 9 Okt 2019

Azərbaycanda Cənubi Koreyadan gətirilmiş hallabong meyvəsi yetişdirilir. Bu meyvə bütün MDB ölkələrində yalnız Lənkəranda bitir. Bunu FED.az-a Lənkəran meyvəçiliyin baş nəzarətçisi Rahab Əmirli deyib.

Eləcə də bax:15 rayonda güzəştli şərtlərlə - GÜBRƏ SATILACAQ

Onun sözlərinə görə Koreyanın Ceco adasından gətirilən bu sitrus meyvələri olduqca məhsuldardır.

“80 hektara yaxın ərazimiz var. Bu ərazidə 30 min ağac əkilib. Dekabrn ikinci 10 günlüyündən sonra başlayacayıq məhsul yığmağa”- deyə rahab Əmirli bildirib.

Onun sözlərinə görə, ötən il 70 ton hallabong meyvəsi yığılıb. Bu il isə məhsulun bir qədər də çox olacağı gözlənilir.

Rahab Əmirlinin sözlərinə görə, yığılan məhsulun 20 tonu Rusiyaya ixrac olunması planlaşdırılır. Bu meyvələrin əkib becərilməsi xərci hər kiloqramına görə, 3 manata yaxın təşkil edir. Rusiyaya satış qiyməti isə bir kiloqramı üçün 4-5 manat nəzərdə tutulduğu bildirilib.

Картинки по запросу hallabong meyvəsi

Digər xəbərlər