Aqrar

Azərbaycan və Türkiyə aqrar sığorta sahəsində - Əməkdaşlığı Genişləndirir

Azərbaycan və Türkiyə aqrar sığorta sahəsində - Əməkdaşlığı Genişləndirir | FED.az
17:39 14 İyun 2021

Azərbaycan və Türkiyə aqrar sığorta sahəsində əməkdaşlığı daha da genişləndiriməyə hazırlaşırlar.

Eləcə də bax: Aqrar sığorta zamanı müstəqil ekspertlərə ödəniləcək – XİDMƏT HAQQI AÇIQLANIB

FED.az xəbər verir ki, iki ölkə arasında aqrar sığorta sisteminin inkişafı və genişləndirilməsi məsələləri Türkiyənin kənd təsərrüfatı nazirinin müavini Fatih Metinlə Azərbaycanın Aqrar Sığorta Fondunun idarə heyətinin sədri Fuad Sadıqovun görüşündə müzakirə edilib.

Qeyd edək ki, Azərbaycanda aqrar sığorta sisteminin qurulmasına qardaş ölkə böyük dəstək verib. Aqrar Sığorta Fondu və Türkiyənin Kənd Təsərrüfatı Sığortaları Sistemi – TARSİM təşkilatı arasında imzalanan razılaşmalara əsasən, Türkiyə tərəfi ölkəmizdə aqrar sığorta sisteminin qurulmasının bütün mərhlələrində aktiv iştirak edib.

Hazırda bu əməkdaşlıq və təcrübə mübadiləsi davam edir və onun daha da genişlənməsi nəzərdə tutulur.

Aqrar Sığorta Fondunda keçirilən görüşdə bildirilib ki, hazırda Azərbaycanda aqrar sığorta vasitəsilə 14 bitki növü, südlük mal-qara və balıqçılıq təsərrüfatları sığortalanır. Ölkə fermerləri aqrar sığortaya böyük maraq göstərirlər. 2021-ci ilin ilk 4 ayında toplanan sığorta haqlarının 1 milyon manatı keçməsi aqrar sığortaya tələbatın yüksək olduğunun göstəricisidir.

Qarşıdakı dövrdə sığortalanan bitki və heyvanların siyahısının daha da genişləndirilməsi, sığortanın əhatə etdiyi risklərin əhatəsinin isə böyüməsi nəzərdə tutulur.

Görüşdə bildirilib ki, bu yeniliklərin tətbiqi məqsədilə Türkiyə və Azərbaycan arasında aqrar sığorta sisteminə dəstək və təcrübə mübadiləsi davam etdiriləcək.

Azərbaycan və Türkiyə aqrar sığorta sahəsində - Əməkdaşlığı Genişləndirir | FED.azAzərbaycan və Türkiyə aqrar sığorta sahəsində - Əməkdaşlığı Genişləndirir | FED.azAzərbaycan və Türkiyə aqrar sığorta sahəsində - Əməkdaşlığı Genişləndirir | FED.azAzərbaycan və Türkiyə aqrar sığorta sahəsində - Əməkdaşlığı Genişləndirir | FED.azAzərbaycan və Türkiyə aqrar sığorta sahəsində - Əməkdaşlığı Genişləndirir | FED.azAzərbaycan və Türkiyə aqrar sığorta sahəsində - Əməkdaşlığı Genişləndirir | FED.azAzərbaycan və Türkiyə aqrar sığorta sahəsində - Əməkdaşlığı Genişləndirir | FED.az
Banner
Banner

Digər xəbərlər