Aqrar

"Bu il pambıq yığımı üzrə orta - MƏHSULDARLIQ ARTIB"

"Bu il pambıq yığımı üzrə orta - MƏHSULDARLIQ ARTIB" | FED.az
10:40 1 Noy 2019

Azərbaycanda pambıq yığımı sahəsində ötən ilə olan orta məhsuldarlıq 17,5 sentner ətrafında idisə, artıq bu ilə məhsuldarlıq 26 sentnerə çatdırılıb.

FED.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Kənd Təsərrüfatı naziri İnam Kərimov deyib.

Eləcə də bax: Bu il Azərbaycanın müstəqillik tarixində rekord həcmdə - PAMBIQ YIĞIMI GÖZLƏNİLİR

Onun sözlərinə görə, hazırda 260 min tondan çox pambıq yığımı həyata keçirilib.

Nazir həmçinin əlavə edib ki, ümumilikdə həm heyvandarlıq, həm də bitkiçilik sahəsi üzrə 9 ayın nəticələrinə əsasən 7,1%-lik artım müşahidə olunub, bu ayın statistikası isə tezliklə açıqlanacaq.

APA

Digər xəbərlər