Aqrar

Dünyanın ən gəlirli bitkisi: Lavanda – AĞILLI SƏRMAYƏ

Dünyanın ən gəlirli bitkisi: Lavanda – AĞILLI SƏRMAYƏ | FED.az
09:42 15 Noy 2018

İqlim dəyişikliyi və quraqlığın artması su tələb etməyən bitkilərin becərilməsini ön plana çıxarır. FED.az BİZNES xəbər verir ki, son illər lavanda əkini buğda, günəbaxan və digər bitkiləri 2-ci plana keçirib.


Eləcə də bax: Heyvan qanı biznesi başlayır - TÜRKİYƏDƏ FABRİK QURULDU


Bir dəfə əkəndə 20 il yığmaq olur

Lavanda çöl bitkisi olduğu üçün, su tələb etməyən, III., IV. sünüf torpaq ərazilərində rahat yetişen bir koldur. Bir dəfə əkilsə 20 il məhsulundan bəhrələnə bilərsiz. Lavanda dünyada ticarəti hər il artan 15 efir yağı tərkibli bitkidən biridir. Yağı parfümeriya və dərman preparatları istehsalında əvəzsiz nemətdir.

 

Turistlərin də sevimli məkanı

Hepatit B və C viruslarının müalicəsində, qaraciyərin toksinlərdən təmizlənməsində geniş istifadə olunur.  Lavanda həm də turizm sektorunu canlandıran bir bitkidir. Xüsusilə də lavanda sahələrinin çiçək açdığı yay mövsümündə turistlər rəngarəng tarla fonunda şəkil çəkdirməyi sevirlər.


Eləcə də bax: Göz qabağında olsa da indiyədək görmədiyiniz biznes: PORTAĞAL QABIĞI


Hər 10 sotdan 5-6 kiloqram məhsul

Hər il 1000 kv.m. sahədən toplanmış çiçəklərdən minimum 5-6 kg yağ əldə edə bilərsiniz. Lavanda bütün dünyada hər baxımdan populyar bitkidir. Çiçəkləri, yarpağı, yağı, balı, sabunu, suyu həm şəfa, həm də qazanc mənbəyidir. Yayın əvvəlində Avropanın Aralıq dənizi sahillərində lavanda plantasiyaları turistlərin ən sevdiyi marşrutdur. 

 

Lavanda balı və çayı ayrıca biznesdir

Lavanda balı və çayı antidepresant özəlliyə sahibdir. Hər axşam yatmadan əvvəl suyla qarışdırılmış balını, ya da dəmli çayını içmək sizi rahatladır.

 

- 1 çaq qaşığı Lavanda çiçəyini 300 qr suda 10 dəqiqə qaynadıb süzün. Axşam yeməyindən ən az 2 saat sonra için. Hər gün təzə çay dəmləyin. 15 gün içərsəniz qaraciyəriniz toksinlərdən təmizlənir. 1 ay sonra təkrarlayın. Çay 1 nəfərlikdir.

 

- 1 qaşıq Lavanda çiçəyini 5-10 dəqiqə qaynadın. Həm gözəl ətri ətri otağa yayılacaq həm də rahat yatacaqsız.

 

- Maraqlıdır ki, Lavanda ağcaqanadların və güvələrin sevmədiyi bitkidir. Ona görə də Lavanda çiçəklərini və quru yarpaqlarını hər zaman geyim şkafınızda saxlayın.

 

 

Türkiyədə lavanda kolu və balı yetişdirilməsi

Türkiyədə lavanda ən çox İsparta vilayətində becərilir. Fermerlər Türkiyədə torpaq əraziləri alaraq rahatlıqla lavanda yetişdirə bilərlər. Bununüçün FED.az BİZNES-in «Ağıllı sərmayə» layihəsinin ekspertlərinə müraciət etməyiniz kifayətdir. 

Digər xəbərlər

Banner