Aqrar

Fevralda Rusiyadan Azərbaycana - 85 Tona Yaxın Pomidor Geri Qaytarılıb

Fevralda Rusiyadan Azərbaycana - 85 Tona Yaxın Pomidor Geri Qaytarılıb | FED.az
14:32 3 Mart 2021

"Rosselxoznadzor”un Dağıstan Respublikası İdarəsi 2021-ci ilin fevral ayında Azərbaycandan 85 tona yaxın pomidorun gətirilməsini qadağan edib.

Eləcə də bax: Azərbaycanın daha bir neçə müəssisəsinin Rusiyaya pomidor və alma ixrac etməsinə - İcazə Verilib

FED.az xəbər verir ki, fevralda daxil olan yüklərə İdarə tərəfindən baxış zamanı tərəvəzlərdə təhlükəli karantin obyekti – Cənubi Amerika pomidor güvəsi (Tuta absoluta Povolny) aşkar edilib. Laboratoriya nəticələri bunu təsdiq edib”, - İdarədən bildirilir.

Məhsul Azərbaycana qaytarılıb.

Bütövlükdə, 2021-ci ilin fevral ayında Azərbaycan və İrandan daxil olan 39,15 min ton meyvə və 14,201 min ton tərəvəzə nəzarət tədbirləri həyata keçirilib. (İnterfaks)

Banner
Banner

Digər xəbərlər