Aqrar

İmişlidəki göllərdən Baş Muğan kanalına 3,5 milyon kub metr - SU VURULUB

İmişlidəki göllərdən Baş Muğan kanalına 3,5 milyon kub metr - SU VURULUB | FED.az
19:43 12 Avq 2020

İmişlidəki antropen göllərdən Baş Muğan kanalına qısa müddətdə 3,5 milyon kubmetr su vurulub. Nəticədə İmişli, Saatlı və Sabirabadın əkin sahələrində suvarma işləri daha da yaxşılaşıb.

Eləcə də bax: Nazir əkin sahələri və meyvə bağlarına baxış keçirdi - Fotolar

FED.az xəbər verir ki, görülən işlərlə tanış olmaq məqsədilə İmişliyə gələn Melorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Zakir Quliyev açıqlamasında bildirib ki, son 3 ildə ölkə ərazisində olan çaylarda su azlığı müşahidə edilir. Bu da öz növbəsində əkinçilikdə suvarma işlərinə təsir göstərir. Bu kimi problemlərin aradan qaldırılması üçün Prezident İlham Əliyevin tapşırığına əsasən respublikada suyun idarə edilməsi ilə bağlı Dövlət Komissiyası yaradılıb. Məqsəd ölkə ərazisində yerləşən su ehtiyatlarından səmərəli istifadə olunmasıdır.

“Görülən işlərin davamı olaraq İmişli rayonu ərazisində yerləşən göllərə baxış keçirildi və həmin su mənbələrindən suvarma işləri üçün istifadə etmək məqsədə uyğun sayıldı. Göl üzərində yerləşən üzən nasos stansiya vasitəsilə avqustun 3-dən Baş Muğan kanalına su vurulur. Səkkiz gündə Baş Muğan kanalına 3,5 milyon kubmetr su nəql edilib və kanal boyunca yerləşən, su çatışmazlığından əziyyət çəkən əkin sahələrinin su təminatı yaxşılaşıb. Görülən işlər xüsusilə də İmişli və Saatlı, qismən də Sabirabad rayonlarının pambıq tarlalarında suvarma işlərinə müsbət təsir göstərib. Ümumiyyətlə, vurulan su hesabına həmin rayonlarda 5 min hektar sahənin suvarılması yaxşılaşıb”, - deyə ASC-nin sədr müavini əlavə edib.

Zakir Quliyev bildirib ki, ölkə rəhbərliyinin tapşırığına əsasən son vaxtlar suvarmada olan çətinliklə bağlı məsələ xüsusi diqqətdə saxlanılır. Daxil olan müraciətlər ASC tərəfindən araşdırılır, növbəlilik prinsipinə uyğun olaraq çətinliklər aradan qaldırılır.

© azertac

Digər xəbərlər

Banner