Banner

Aqrar

Kənd təsərrüfatında – 4%-LİK ARTIM VAR

Kənd təsərrüfatında – 4%-LİK ARTIM VAR | FED.az
15:18 13 May 2020

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 1 415,3 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib.

FED.az xəbər verir ki, məlumat Dövlət Statistika Komitəsinin aylıq makroqitisadi göstəricilərində yer alıb.

İstehsal ötən ilin eyni dövrünə nisbətən 3,8% çoxdur.

Son 1 ildə ölkədə istehsal edilmiş bitkiçilik məhsullarının dəyəri 13,5% artaraq 99,4 milyon manat, heyvandarlıq məhsullarının dəyəri isə 3,2% faiz artaraq 1 315,9 milyon manat təşkil edib.

Digər xəbərlər

Banner