Aqrar

Qazaxıstana ixrac olunan pomidorla bağlı - Araşdırmalar Aparılır

Qazaxıstana ixrac olunan pomidorla bağlı - Araşdırmalar Aparılır | FED.az
09:16 22 Yan 2021

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Qazaxıstan tərəfindən Azərbaycan pomidor məhsullarına tətbiq olunan məhdudiyyətlə bağlı açıqlama yayıb.

Eləcə də bax: Qazaxıstan Azərbaycandan pomidor idxalını dayandırıb

AQTA-dan FED.az-a verilən məlumatda Qazaxıstan Respublikası tərəfindən Azərbaycandan pomidor məhsullarının idxalına tətbiq olunan məhdudiyyətlə bağlı bildirilib ki, ölkəyə idxal olunan pomidor məhsulunda qonur qırışıqlıq virusunun aşkarlandığı iddiası ilə bağlı cari ilin 05-14 yanvar tarixlərində 17 bildiriş vərəqəsi daxil olub.

Hazırda aidiyyəti qurumlarla birgə Qazaxıstan Respublikasının müvafiq qurumu ilə bu istiqamətdə tədqiqatlar aparılır və nəticələrlə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

Banner

Digər xəbərlər