Aqrar

“Rosselxoznadzor”: Azərbaycandan Rusiyaya kartof göndərilməsinə - Qadağa Qoyula Bilər

“Rosselxoznadzor”: Azərbaycandan Rusiyaya kartof göndərilməsinə - Qadağa Qoyula Bilər | FED.az
17:00 28 İyul 2021

Rusiya Federasiyasına göndərilən məhsullara nəzarət gücləndirilməsə, Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) Azərbaycandan kartof ixracına qadağa qoya bilər.

Eləcə də bax: Tonlarla Azərbaycan meyvə-tərəvəzi - Rusiyaya Buraxılmadı

FED.az xəbər verir ki, bu barədə “Rosselxoznadzor” Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nümayəndələri ilə videoformatda keçirilən görüşün yekunları üzrə məlumat verib.

“Rosselxoznadzor” Avrasiya İqtisadi İttifaqının üzvü olan ölkələr üçün karantin obyekti olan qonur bakterial çürüməyə məruz qalmış kartofların aşkarlandığını bildirib. Xidmət azərbaycanlı həmkarlarından pozuntunun səbəblərini aydınlaşdırmaq üçün araşdırma aparmağı, həmçinin RF-yə göndərilən məhsullara nəzarəti gücləndirməyi xahiş edib.

“Rusiya tərəfi xəbərdarlıq edib ki, bu hal təkrarlanarsa, Azərbaycandan kartof ixracına müvəqqəti məhdudiyyətlər tətbiq etməli olacaq”, - deyə məlumatda bildirilir.

Bundan başqa, “Rosselxoznadzor” məlumat verib ki, Rusiya Federasiyasına göndərilən pomidorlarda zərərli orqanizmlərin aşkar ediləcəyi halda yoluxmuş yüklər göndərən müəssisələrdən ixraca qadağa qoyulacaq.

Xəbər verildiyi kimi, hazırda 152 Azərbaycan müəssisəsi RF-yə pomidor ixrac etmək hüququna malikdir. (İnterfaks)

Banner
Banner

Digər xəbərlər