Aqrar

Rusiya Azərbaycandan 52 tondan çox pomidorun idxalına - İcazə Verməyib

Rusiya Azərbaycandan 52 tondan çox pomidorun idxalına - İcazə Verməyib | FED.az
16:52 6 May 2021

Aprel ayı ərzində Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) Qafqaz üzrə Regionlararası İdarəsi Azərbaycandan 52 tondan çox təzə pomidorun Rusiya ərazisinə keçirilməsinə icazə verməyib.

Eləcə də bax: Azərbaycan Ukrayna və Belarusa pomidor məhsulunun ixracı ilə bağlı - Müqavilə İmzalayıb

FED.az xəbər verir ki, “2021-ci ilin aprel ayında “Rosselxoznadzor”un Qafqaz üzrə Regionlararası İdarəsi tərəfindən Azərbayacn və İrandan dövlət sərhədinin Dağıstan hissəsinə idxal olunan 39,656 min tin təzə meyvə-tərəvəz nəzarətdən keçirilib”, - İdarənin məlumatında qeyd olunur.

Karantin fitosanitar nəzarət zamanı Azərbaycandan 3 partiya (52,2 ton) təzə pomidorun RF ərazisinə idxalına icazə verilməyib. (İnterfaks)

Banner
Banner

Digər xəbərlər