Aqrar

Rusiyaya pomidor ixracına məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı növbəti - Görüş Keçirilib

Rusiyaya pomidor ixracına məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı növbəti - Görüş Keçirilib | FED.az
09:03 27 Yan 2021

Azərbaycan Respublikasından Rusiya Federasiyasına ixrac olunan pomidor və alma məhsullarına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması istiqamətində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) aidiyyəti qurumlarla birgə zəruri tədbirləri davam etdirir.

Eləcə də bax: Şəmkirdə istixana sahibləri: «Elə bilirlər milyon qazanırıq, müflis olub getmişik» - POMİDOR BİZNESİ

AQTA-dan FED.az-a verilən məlumata görə, yanvarın 26-da Agentliyin sədri Qoşqar Təhməzlinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) sədr müavini Yuliya Şvabauskenenin başçılıq etdiyi nümayəndə heyətləri arasında videokonfrans formatında növbəti görüş keçirilib. Tərəflər arasında Azərbaycandan Rusiya Federasiyasına ixrac olunan pomidor və alma məhsullarına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması istiqamətində görüləcək işlər müzakirə olunub.

Ölkəmizdən ixrac olunan bitkiçilik məhsulları üzərində həyata keçirilən təhlükəsizlik tədbirləri ilə bağlı məlumat verən Q. Təhməzli hər iki qurumun mütəxəssislərinin iştirakı ilə aparılan birgə monitorinqlərin məsələnin həlli istiqamətində əhəmiyyətini diqqətə çatdırıb.

Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin sədr müavini Yuliya Şvabauskene həyata keçirilən birgə nəzarət tədbirlərini yüksək qiymətləndirib və bu istiqamətdə birgə əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.

Görüşdə iki ölkə arasında qida məhsulları, xüsusilə bitkiçilik məhsulları sahəsində ticarət dövriyyəsinin artırılması istiqamətində fikir mübadiləsi aparılıb.

Banner

Digər xəbərlər