Aqrar

«Bərdəlilər soğan əkinindən 13 milyon qazanıblar» – İCRA BAŞÇISI AÇIQLADI

«Bərdəlilər soğan əkinindən 13 milyon qazanıblar» – İCRA BAŞÇISI AÇIQLADI | FED.az
09:38 20 Dek 2019

Bu il Bərdədə soğan əkini ilə məşğul olanlar 13 milyon manat qazanc əldə ediblər.

FED.az xəbər verir ki, bu barədə prezident İlham Əliyevin yanında pambıqçılığın inkişafı ilə bağlı keçirilən müqşavirədə Bərdə rayonunun icra hakimiyyətinin başçısı Vidadi İsayev bildirib.

Eləcə də bax: Azərbaycan premium aqrar məhsullarını "Baycan" brendi ilə - İXRAC EDƏCƏK

«Təkcə bu il Bərdədə soğan əkinindən bərdəlilər 13 milyon manat xalis qazanc götürdülər. Bu, nəyin hesabınadır? Məhsuldar torpaqları istifadəyə verməyin hesabına və eyni zamanda, mən açığını deyirəm ki, bu gün Kənd Təsərrüfatı Nazirliyinin, “Azərsu” və digər təşkilatların bütün strukturlarının əlçatan olmasının nəticəsində. Soğana tətbiq olunan gömrük ixrac rüsumunun Sizin göstərişinizlə bir günün içərisində ləğv olunması soğanın bir kisəsinin qiymətini 4 manatdan 44 manata qaldırmışdı. Bərdəlilər bu il dörd xarici ölkəyə soğan ixrac ediblər.

Prezident İlham Əliyev isə bildirib ki, hansı sahə daha çox gəlir gətirirsə, o sahəyə əlbəttə ki, fermerlər özləri üstünlük verirlər: «İndi ixracla bağlı problem bizdə yoxdur. Heç bir bazar bizim üçün bağlı deyil. Bunu biz uğurlu xarici siyasət nəticəsində əldə etmişik. Bütün bazarlara çıxışımız var. İndi gömrük sektorunda aparılan islahatlar artıq əvvəlki dövrlərdə ixracla bağlı olan problemləri də aradan götürür. Çünki vaxtilə fermer, yaxud da, hansısa şirkət malı ixrac etmək üçün gərək min əziyyətdən keçəydi. Müxtəlif əsassız tələblər irəli sürülürdü. İndi bütün bunlar yığışdırılıb

Digər xəbərlər

Banner