Aqrar

Türkiyə limon ixracını - DAYANDIRDI

Türkiyə limon ixracını - DAYANDIRDI | FED.az
10:40 28 Mart 2020

Türkiyə xaricə limon ixracını dayandırır. 

FED.az xəbər verir ki, Qərbi Aralıq dənizi İxracatçılar Birliyi (BAIB) üzvlərinə verdiyi açıqlamada limonun 2020-ci ilin Avqust ayına qədər "İxrac qadağan edilmiş və əvvəlcədən icazə verilən mallar haqqında komunikasiya" ya daxil olacağını açıqlayıb. 

BAIB prezidenti Hakkı Bahar, etiraf edib ki, bu qərara səbəb limonun istifadəsinin kəskin artmasıdır:

"Bəzi üzvlərimizin göndərilməyə hazırlandıqları və illərdir birlikdə işlədikləri müştərilərdən əvvəlcədən ödəmə etdikləri məhsullar var. Amma bu vəziyyət ölkəmizin nüfuzu baxımından dəyərlidir. Dövlətimizin qərarını həmişəki kimi dəstəkləyirik, bu çətin vaxtları birlikdə keçəcəyimizə şübhə etmirik".

Bu qərar portağal və naringi kimi digər sitrus məhsullarına aid olmayacaq. 

Digər xəbərlər

Banner