Banner

Avto

13 bank avto kreditləri bərpa edib - SİYAHI

13 bank avto kreditləri bərpa edib - SİYAHI | FED.az
10:51 18 May 2018
Bu ilin birinci rübündə ölkəyə avtomobil idxalı 2,7 dəfə artıb. Vaxtilə avto kreditlərdən böyük qazanc əldə edən banklar da bu göstəriciləri nəzərə alaraq, yenidən aktivləşməyə başlayıblar. FED.az monitorinq qrupu avtomobil kreditini  bərpa edən bankların sayını və şərtlərini araşdırdı.
 
Qeyd edək ki, devalvasiyadan sonra problemli kreditlər portfelində avtomobil kreditlərin çəkisi xüsusi yer tuturdu. Buna görə də 2015-ci ildən sonra banklar avto kreditləri ya tamamilə dayandırdı, ya da şərtləri ağırlaşdırdı. 2018-ci ilin ilk aylarından başlayaraq istehlak kreditlərini yenidən bazara təqdim edən bankların bir neçəsi həm də avto kreditləri bərpa etdi.
 

Eləcə də bax : Pulunu depozit qutusuna etibar edənlər üçün – SİYAHI+QİYMƏTLƏR 

FED.az monitorinq qrupunun apardığı araşdırmalara görə, hazırda 13 bank avtomobil krediti verir. Banklarda demək olar ki, kredit şərtləri eynidir.

Avtomobil krediti verən banklarımızın siyahısı aşağıdakılardır.

 
Sıra Bankın adı Faiz dərəcəsi Məbləğ, AZN  İlkin ödəniş Müddət
1 AccessBank 25 – 28 50.000 Min -40% ,
Max -50%
24ay
2 Amrahbank 25 3000-100.000 Min -40% ,
Max -50%
3ay-36ay
3 AtaBank 20-25 Limit yoxdu Min -40% ,
Max -50%
12ay-48ay
4 Azər-Türk Bank Fərdi baxılır Fərdi baxılır Fərdi baxılır Fərdi baxılır
5 Bank BTB 25-27 80.000 Min -40% ,
Max -50%
36ay
6 Naxçıvan Bank 17-20 Limit yoxdu Min -50% ,
Max -60%
Fərdi baxılır
7 Nikoil Bank 25-27 Limit yoxdu Min -40% ,
Max -50%
36ay
8 RabitəBank 18-22 Limit yoxdu Min -40% ,
Max -50%
3ay-36ay
9 YapıKredi Bank 18-19 Limit yoxdu Min -40% ,
Max – 80%
12ay-36ay
10 Turan Bank 19-21 35.000-dək Min -40% ,
Max -50%
12-36ay



FED.az xəbər verir ki, banklardan bir neçəsi yalnız tərəfdaş  olduqları avtomobil şirkətlərinin xətti ilə kredit verirlər. Bu banklar aşağıdakılardır:
 
Bank of Baku Yalnız “Auto Azərbaycan” MMC, onun dilerləri və digər tərəfdaşlar tərəfindən satılan yeni Hyundai markalı avtomobilləri kreditləşdimək mümkündür
NBC Bank  “Avtolux Azərbaycan” MMC ilə əməkdaşlıq şərtlərinə əsasən avtomobil krediti əldə edə bilərsiniz.
Xalq Bank “Avtolux Azərbaycan MMC” ilə əməkdaşlıq şərtlərinə əsasən avtomobil krediti əldə edə bilərsiniz
 
 
Siyahıdan göründüyü kimi, ölkənin 30 bankından 13-nu avtomobil krediti verir. Avtomobil kreditini dayandıran bankların siyahısında AFB Bank, AGBank, Beynəlxalq Bank, Azərbaycan Sənayə Bankı, Bank Avrasiya, Bank Respublika , VTB Bank, Express Bank, Kapital Bank, Muğan Bank, Paşa Bank, Unibank, Ziraat Bank, Silk-Vey Bank, Melli İran Bankı, Pakistan Bankı kimi banklar var.
 

Digər xəbərlər

Banner