Avto

“Aqroservis”in zərəri - 18% Azalıb

“Aqroservis”in zərəri - 18% Azalıb | FED.az
17:19 4 Avq 2021

Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqroservis” ASC 2020-ci ili 60,985 milyon manat zərərlə başa vurub.

Eləcə də bax: Azərbaycanda da çox istifadə olunan taksi xidmətinin dəyəri - 5 Milyard Dollara Yaxınlaşır

FED.az xəbər verir ki, bu, 2019-cu ilə nisbətən 18,1% azdır.

Ötən il “Aqroservis”in vergiyəqədərki zərəri 81,442 milyon manat (illik müqayisədə 3,75% çox), mənfəət vergisi ödəmələri üzrə qənaəti isə 20,457 milyon manat (5,05 dəfə çox) təşkil edib.

Bu il yanvarın 1-nə “Aqroservis”in aktivləri 770,772 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 3,3% çoxdur. Hesabat dövründə səhmdar cəmiyyətinin 4,1% azalaraq 391,78 milyon manata düşüb, balans kapitalı isə 12,3% artaraq 378,992 milyon manata çatıb.

Xatırladaq ki, “Aqroservis” 2005-ci ildən fəaliyyət göstərən "Aqrolizinq" ASC-nin bazasında ötən il yaradılıb. Onun nizamnamə kapitalı 411,976 milyon manatdır. Şirkət kənd təsərrüfatı məhsulları istehsalçılarının, lizinq yolu ilə satılması istisna olmaqla, qanunla müəyyən edilmiş qaydada kənd təsərrüfatı istehsal vasitələri (kənd təsərrüfatı texnikası, texnoloji avadanlıq, o cümlədən suvarma sistemləri dəsti və avadanlığı, aqrokimyəvi maddələr, bitki mühafizəsi vasitələri, sertifikatlı toxum və ting) ilə təmin edilməsini, aqrotexniki xidmətlər göstərilməsini və bu sahədə fəaliyyətin təşkilini həyata keçirən kommersiya hüquqi şəxsidir. (Report)

Banner
Banner

Digər xəbərlər