Avto

Avtomobil satışları ilə bağlı - BƏDBİN PROQNOZ

Avtomobil satışları ilə bağlı - BƏDBİN PROQNOZ | FED.az
21:34 27 Mart 2020

Beynəlxalq kredit reytinqi təşkilatı Moody's, koronavirus (Kovid-19) epidemiyası ilə əlaqədar olaraq qlobal avtomobil satışlarının 2020-ci ildə 14% azalmasının gözlənildiyini bildirib.

Eləcə də bax: Bu avtomobil şirkətləri istehsalı dayandırdı - QİYMƏTLƏR BAHALAŞACAQ?

FED.az xəbər verir ki, təşkilatın açıqlamasında, qlobal avtomobil  satışlarının daha əvvəl 2020-ci ildə 2,5% səviyyəsində azalmasının gözlənildiyi, son dövrdəki hadisələrlər əlaqədar bu proqnozun 14% olaraq dəyişdirildiyi qeyd edilib.

Açıqlamada, avtomobil sektorunda satışların toparlanmasının koronavirus  epidemiyasının irəli dövrdəki vəziyyətinə bağlı olduğu qeyd edilib, 2021-ci ildə satışlarda toparlanmanın görülə biləcəyi qeyd edilib.

ABŞ-da bu il avtomobil satışlarının 15% azalmasının nəzərdə tutulduğu  açıqlamada, Yaponiyada isə azalmanın 8% səviyyəsində reallaşmasının  gözlənildiyi qeyd edilib.

Moody's Qərb Avropada avtomobil satışlarının bu il 21%, Çində isə 10% səviyyəsində azalmasının gözlənildiyini vurğulayıb.

Azalma koronavirus səbəbilə tələbindəki azalmadan qaynaqlanır.

Eləcə də bax: Almaniyadan Azərbaycana avtomobil gətirmək - MÜMKÜN DEYİL

marja

Digər xəbərlər

Banner