Banner

Avto

Azərbaycana gətiriləcək "Toyota"nın Hibrid modellərinin - QİYMƏTİ AÇIQLANDI

Azərbaycana gətiriləcək "Toyota"nın Hibrid modellərinin - QİYMƏTİ AÇIQLANDI | FED.az
15:53 27 Fev 2020

Azərbaycana yeni Toyota avtomobilləri gətirilir. Mart ayından etibarən Toyota Corolla Hybrid 2020 və Toyota RAV4 Hybrid 2020 modellərini də mərkəzdən əldə etmək mümkün olacaq.

Eləcə də bax: Azərbaycana yeni hibrid - AVTOMOBİLLƏR GƏTİRİLİR - SİYAHI

FED.az məlumat verir ki, Toyota Bakı Mərkəzindən TED.az-a sifarişlərin mart ayından etibarən qəbul olunacağı bildirilib: “Toyota Corolla Hybrid 2020 modelinin ölkəmizdə qiyməti 47 min manatdan başlayacaq. Toyota RAV4 Hybrid 2020-nin qiməti isə 60 min 800 manat olacaq”.

Qeyd edək ki, Azərbaycanda 2018-ci ildə qeydiyyatda olan Toyota avtomobillərinin ümumi sayı 50 mini keçib. 2017-ci ildə bu rəqəm 48 442 olub.

Digər xəbərlər

Banner