Avto

Azərbaycanda avtomobilin - ONLAYN SATIŞI BAŞLAYIB

Azərbaycanda avtomobilin - ONLAYN SATIŞI BAŞLAYIB | FED.az
23:20 2 Aprel 2020

Azərbaycanda ilk dəfə olaraq avtomobillərin internet üzərindən onlayn satışı başlayıb.

FED.az xəbər verir ki, hazırda bu xidməti «Mazda-Azərbaycan» təklif edir.

Şirkət elan edib ki, artıq istənidən «Mazda» modelini internet vasitəsilə onlayn almaq olar.  
Bunun üçün istifadəçilər «Mazda-Azərbaycan»ın saytına daxil olub sifariş formasını doldurmalıdırlar. Burada sifarişçinin seçdiyi avtomobil modeli və öz haqqında məlumatlar göstərilir. 

Şirkət elan edib ki, alıcılar onlayn alış zamanı xüsusi endirim əldə edəcəklər. Üstəlik, DYP qeydiyyatı, icbari sığorta və çatdırılma da şirkətdən hədiyyə olacaq. 
Xatırladaq ki, «Mazda-Azərbaycan» sedan və krossover tipli bir neçə model təklif edir. Modellərin qiyməti 42 500 manatdan 78 300 manat arasında dəyişir. 

Digər xəbərlər