Avto

Azərbaycanda avtomobillərin icbari sığorta bazarı - Böyüyüb

Azərbaycanda avtomobillərin icbari sığorta bazarı - Böyüyüb | FED.az
15:53 26 Aprel 2021

Bu ilin yanvar-mart aylarında Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 20,826 mln. manat sığorta haqqı yığılıb.

Eləcə də bax: İcbari sığorta bazarı kiçilib, könüllü sığorta bazarı isə - Böyüyüb

FED.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının məlumatlarına görə, bu müddətdə eyni sığorta növü üzrə 14,791 mln. manatlıq ödəniş həyata keçirilib. Beləliklə, 2020-ci ilin eyni dövrü ilə müqayisədə sığorta yığımları 7,5% artıb, ödənişlər isə 9,4% azalıb.

Hesabat əsasən, cari ilin I rübündə avtonəqliyyat vasitələrinin könüllü sığortası üzrə 7,493 mln. manat sığorta haqqı yığılıb, 3,281 mln. manat ödəniş edilib. Bu, illik müqayisədə müvafiq olaraq 38,9% azalıb və 1,5% artıb.

Xatırladaq ki, 2021-ci ilin I rübündə Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 248,989 mln. manat həcmində sığorta haqqı yığılıb və 145,345 mln. manat həcmində ödəniş həyata keçirilib. Bu, illik müqayisədə müvafiq olaraq 3,4% və 88,5% çoxdur. (Apa)
Banner
Banner

Digər xəbərlər