Azərbaycanda hər 100 ailəyə 53 avtomobil düşür.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2018-ci il göstəricilərinə görə, Azərbaycanda hər 100 ailəyə 53 avtomobil düşür. Bu göstərici 2017-ci illə müqayisədə 1 ədəd azdır.
Eləcə də bax: Xarici nomrəli avtomobillərin sürücülərinə - PİS XƏBƏR - VİDEO
Avtomobillərin böyük hissəsi Bakı və Abşeron iqtisadi rayonun ərazisində yerləşən ailələrin payına düşüb. Belə ki, bu ərazidə yaşayan hər 100 ailəyə 98 avtomobil düşüb.
Bakıdan sonra hər 100 ailəyə düşən avtomobil sayına görə, Gəncə və Sumqayıt şəhərləri qərarlaşıb. Belə ki, Gəncədə hər 100 ailəyə 57 , Sumqayıtda isə 52 avtomobil düşüb.
Növbəti pillələrdə isə hər 100 nəfər ailəyə 50 avtomobillə Göygöl və Şəmkir rayonları və 49 avtomobillə Ağcabədi rayonu qərarlaşır.