Avto

Azərbaycanda «Kia» avtomobilləri ucuzlaşdı – QİYMƏTLƏR

Azərbaycanda «Kia» avtomobilləri ucuzlaşdı – QİYMƏTLƏR | FED.az
17:31 2 May 2020

Azərbaycanda «Kia» avtomobillərinin rəsmi distribüteri olan «Kia Motors Azerbaijan» bəzi modellərin qiymətini endirib.

FED.az xəbər verir ki, endirim «Sportage» və «Sorento» avtomobillərinə aid olacaq.

Maşınlar modelindən asılı olaraq 1900-3900 manat ucuzlaşdırılıb.

Belə ki, «Sportage STANDARD +» 44.900 AZN (2100 AZN endirim), «Sportage STANDARD DSL» 48.000 AZN (1900 AZN endirim), «Sportage LUXE» 49.000 AZN (3900 AZN endirim), «Sportage GT-Line» isə 56.000 AZN (3900 AZN endirim) qiymətə təklif olunur.

«Kia Sorento» (2019) modellərinə gəlincə, «Sorento OPTIMUM»  56.900 AZN (3000 AZN endirimlə), «Sorento LUXE GT-LINE» isə 67.000 AZN (3500 AZN endirimlə) qiymətə təklif edilir.

Digər xəbərlər

Banner