Banner

Avto

Azərbaycanda minik avtomobilləri ucuzlaşıb - RƏSMİ

Azərbaycanda minik avtomobilləri ucuzlaşıb - RƏSMİ | FED.az
12:30 20 Aprel 2020

Bu ilin mart ayı ərzində Azərbaycanda minik avtomobilləri bazarında bahalaşma qeydə alınıb.

Eləcə də bax: Martda ölkədə bu qədər minik avtomobili - İSTEHSAL EDİLİB

FED.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə, minik avtomobillərinin orta aylıq satış qiyməti mart ayı ərzində 0,1%, onların ehtiyat hissələrinin qiyməti 0,4%, velosipedlərin qiyməti 0,2% artıb. Ötən ilin mart ayı ilə müqayisədə isə qiymətlərdə müvafiq olaraq 0,6% azalma, 1,2% və 2,7% artım qeydə alınıb.

Rəsmi məlumata əsasən, yanvar-mart aylarında isə minik avtomobilləri üzrə illik 1,4% ucuzlaşma, ehtiyat hissələrində illik 1,0%, velosipedlərdə isə illik 2,8% bahalaşma müşahidə olunub.

Qeyd edək ki, 2020-ci ilin mart ayında istehlak qiymətləri indeksi fevral ayı ilə müqayisədə 101,0 %, 2020-ci ilin yanvar-mart aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 103,0% təşkil edib.
Apa

Digər xəbərlər

Banner