Avto

Azərbaycanda taksi xidmətləri ucuzlaşa bilər - İZAHAT - STATUS

Azərbaycanda taksi xidmətləri ucuzlaşa bilər - İZAHAT - STATUS | FED.az
10:59 26 Aprel 2020

Vergi Məcəlləsinə və “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununa təklif olunan dəyişikliklərdə taksi fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinin vergi və sosial öhdəliklərinin əhəmiyyətli dərəcədə azaldılması təklif olunur.

İqtisadçı ekspert Qalib Toğrul bildirir ki, bu dəyişiklik taksi xidmətlərinin qiymətinin bir qədər də ucuzlaşması ilə nəticələnə bilər. FED.az xəbər verir ki, ekspert yazır:  

Azərbaycanda taksilərə nəzarət başlayır - YENİ TƏLƏBLƏR

Taksi ilə sərnişin daşıyanların indiyədək olan və 1 apreldən qüvvəyə minəcək vergi və sosial öhdəliklərini müqayisəli şəkildə nəzərdən keçirək:

1. Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) və Bakı şəhəri ilə ölkənin digər yaşayış məntəqələri arasında sərnişin daşıyanlar
HAZIRDA ÖDƏYİR:
18 manat (9 manat X 2,0 əmsal) sadələşdirilmiş vergi, 62.50 manat (250 manat X 25%) məcburi sosial sığorta haqqı, ayda cəmi 80.50 manat.
1 APREL 2020-Cİ İLDƏN:
9 manat ((9 manat X 2,0 əmsal) X 50% güzəşt) sadələşdirilmiş vergi, 30 manat ((250 manat X 6%) X 2,0 əmsal) məcburi sosial sığorta haqqı, ayda cəmi 39 manat.
FƏRQ: 41.50 manat (80.50 manat – 39 manat) az ödəyəcəklər. 

Bakıda bütün taksilərdə - GEDİŞ HAQQI EYNİ OLACAQ

2. Abşeron rayonu, Sumqayıt, Gəncə şəhərlərində və həmin rayon və şəhərlərlə digər yaşayış məntəqələri arasında sərnişin daşıyanlar
HAZIRDA ÖDƏYİR:
13,50 manat (9 manat X 1,5) sadələşdirilmiş vergi, 62.50 manat (250 manat X 25%) məcburi sosial sığorta haqqı, ayda cəmi 76.0 manat.
1 APREL 2020-Cİ İLDƏN:
6,75 manat ((9 manat X 1,5) X 50% güzəşt) sadələşdirilmiş vergi, 22,50 manat ((250 manat X 6%) X 1,5 əmsal) məcburi sosial sığorta haqqı, ayda cəmi 29,25 manat.
FƏRQ: 46.75 manat (76.0 manat – 29.25 manat) az ödəyəcək. 

Taksi işləmək üçün BNA-ya müraciətlər - KƏSKİN ARTIB

3. Digər şəhər və rayonlarda və həmin şəhər və rayonlarla digər yaşayış məntəqələri arasında sərnişin daşıyanlar
HAZIRDA ÖDƏYİR:
9 manat (9 manat X 1,0 əmsal) sadələşdirilmiş vergi, 62.50 manat (250 manat X 25%) məcburi sosial sığorta haqqı, ayda cəmi 71.50 manat
1 APREL 2020-Cİ İLDƏN:
4.5 manat (9 manat X 1,0 əmsal) X 50% güzəşt) sadələşdirilmiş vergi, 15 manat ((250 manat X 6%) X 1,0 əmsal) məcburi sosial sığorta haqqı, ayda cəmi 19,50 manat.
FƏRQ: 50.0 manat (71.50 manat – 19.50 manat) az ödəyəcək.

Rusiyada keçmiş məhbuslar - TAKSİ SÜRƏ BİLMƏYƏCƏK

Taksi fəaliyyəti ilə məşğul olanlar üçün bir sevindirici xəbər isə ondan ibarətdir ki, onlar məcburi dövlət sığorta haqqını daha sadə şəkildə - “Fərqlənmə nişanı” alarkən ödəyəcəklər.

Digər xəbərlər

Banner