Avto

Azərbaycanda yol qəzalarında 484 nəfər həlak olub - RƏQƏMLƏR AÇIQLANDI

Azərbaycanda yol qəzalarında 484 nəfər həlak olub - RƏQƏMLƏR AÇIQLANDI | FED.az
12:44 8 May 2019

2019-cu ilin yanvar-mart aylarında ölkənin avtomobil yollarında 374 və ya 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,5 faiz az yol-nəqliyyat hadisəsi baş verib. FED.az Dövlət Statistika Komitəsinə istinadən məlumat verir ki, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 4,2 faiz azalaraq 484 nəfər olub. Onlardan 142-si həlak olmuş, 342-si isə yaralanıb. Hadisələrin 43,3 faizi gündüz, 36,9 faizi gecə, 19,8 faizi isə toran vaxtı baş verib, 26,7 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.

Eləcə də bax: Ən çox alınan krossoverlər açıqlandı - SİYAHI

Yol-nəqliyyat hadisələrinin 89,3 faizi yaşayış məntəqələrində baş verib, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrünə nisbətən 26,5 faiz azalaraq 100 nəfər, yaralananların sayı isə 1,2 faiz artaraq 332 nəfər olub.

Yol-nəqliyyat hadisələrinin və zərərçəkənlərin sayı

Göstəricinin adı

2019-cu ilin yanvar-mart aylarında, vahid

2018-ci ilin yanvar-mart aylarına nisbətən, faizlə

Bütün yol-nəqliyyat hadisələri – cəmi

374

99,5

Məkanına görə:

magistral avtomobil yollarında

40

129,0

yaşayış məntəqələrində

334

96,8

İşıqlılıq vəziyyətinə görə:

gündüz vaxtı

162

122,7

toran vaxtı

74

71,2

gecə vaxtı

138

98,6

Yol örtüyünün vəziyyətinə görə

quru yol örtüyü

348

103,6

digər (yaş, buz və s.)

26

65,0

Zərərçəkənlərin sayı, nəfər

484

95,8

həlak olanlar

142

87,7

yaralananlar

342

99,7

Bütün yol-nəqliyyat hadisələrinin 48,1 faizi (ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,0 faiz az) nəqliyyat vasitələrinin və piyadaların, 29,7 faizi (5,1 faiz az) bir neçə nəqliyyat vasitəsinin, 22,2 faizi (40,7 faiz çox) bir nəqliyyat vasitəsinin iştirakı ilə baş vermişdir.

Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 78,9 faizini, yaralananların isə 75,7 faizini kişilər təşkil etmişdir.

Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 7 hadisə baş vermiş, nəticədə 1 nəfər ölmüş,        6 nəfər yaralanmışdır. Hadisələr minik avtomobillərinin sürücüləri tərəfindən törədilmişdir.

Digər xəbərlər