“Bakı Taksi Xidməti” MMC avtonəqliyyat vasitələrində GPS nəzarət sistemi quraşdıracaq.
“Bakı Taksi Xidməti” MMC-nin FED.az-a verdiyi məlumatına əsasən, “Bakı Taksi Xidməti” "GPS Solution" MMC ilə müvafiq müqavilə imzalayıb.
Müqavilənin məbləği 44 min 604manatdır.
GPS nəzarət sistemi avtonəqliyyat vasitəsinin olduğu yeri, hərəkət sürətini, qət etdiyi məsafəni, obyektin iş rejimi və yanacağın sərf edilməsini müəyyən etməyə imkan yaradır.
“Bakı Taksi Xidməti” MMC (sifariş üçün qısa nömrə 1848) Nazirlər Kabinetinin 30 mart 2015-ci il tarixli qərarına əsasən yaradılıb. MMC Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturuna daxildir. Şirkət Bakı və Abşeron yarımadasında fəaliyyət göstərir.
Marja.az